20 
İyl
2021
05:20
18
108
1660
Virtual karabakh

Qazaxıstanda peyvənd əleyhidarlarının sosioloji portreti hazırlanacaq

20 İyl, 2021
05:20
1660

Qazaxıstanda peyvənd əleyhidarlarının sosioloji portreti hazırlanacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qazaxıstan prezidenti Kasım Jomart Tokayevin başçılığı ilə ölkədə koronavirusla bağlı vəziyyətə dair toplantı keçirilib.

“Haber Global” məlumat verir ki, toplantıda virusun yayılma sürətinin artdığı, gündəlik yoluxma sayının 5 mini aşdığı bildirilib.

Bununla əlaqədar, dövlət başçısı tərəfindən müəyyən göstərişlər verilib.

Təlimata uyğun olaraq, ilk növbədə hökumət vaksinasiyada geri qalan bölgələrdə mobil qruplar formalaşdıraraq, peyvəndlənməni sürətləndirməli, peyvənd əleyhidarlarının sosioloji portreti hazırlanmalı, ticarət və iaşə obyektlərində lazımi tədbirlər görülməli, həmçinin sentyabrda istehsalına başlanılacaq yerli “QazVak” vaksininin digər ölkələrdə təqdimatı işləri genişləndirilməlidir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri