21 
İyl
2021
23:21
318
37
20585
Virtual karabakh

Rusiya Əfqanıstana hərbi müdaxilə etməyəcək - Lavrov

21 İyl, 2021
23:21
20585

Rusiya Əfqanıstana hərbi müdaxilə etməyəcək - Lavrov

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya Əfqanıstanda hərbi kontingentin yerləşdirilməsi və ya bu ölkə ərazisindəki terrorçulara dəqiq zərbələr endirilməsi imkanlarını nəzərdən keçirmir.

“İnterfaks” xəbər verir ki, bunu Rusiya XİN başçısı Sergey Lavrov bəyan edib.

“Siz bizi amerikalılarla və ya sovet dövrünün təcrübəsilə səhv salırsınız”, - deyə nazir “İnterfaks”a müsahibəsi zamanı bildirib.

Həmçinin, Lavrov əlavə edib ki, hazırda Əfqanıstana hərbi müdaxilə barədə heç kim düşünmür.

Qeyd edək ki, ABŞ və NATO qoşunlarının payızadək Əfqanıstandan tamamilə çıxarılması gözlənilir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri