24 
İyl
2021
02:42
34
234
4111
Virtual karabakh

Tortun içindən 200 min dollarlıq kokain çıxdı - FOTO

24 İyl, 2021
02:42
4111

Tortun içindən 200 min dollarlıq kokain çıxdı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-da polis tort görünüşü verilmiş kokain partiyasını ələ keçirib.

Bu barədə Men Narkotiklə Mübarizə İdarəsi özünün Facebook səhifəsində məlumat verib.

Bildirilir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları narkotik maddə tranziti barədə bir xəbərdarlıq alıb. Onlar şübhəlinin maşınını saxlayıblar. Avtomobildə bir kişi və bir qadın olub. 

Polis itlərin köməyi ilə kabinədə qanunsuz maddələrin olduğunu müəyyən edib. Axtarış zamanı məlum olub ki, tortun içində iki kiloqram kokain gizlədilib. Tapılan kokainin pərakəndə dəyəri 200 000 dollardır (340 000 manat).

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri