24 
İyl
2021
18:55
66
303
1928
Virtual karabakh

Kaliforniya meşələrini “meqayanğın” bürüyüb - FOTO/VİDEO

ABŞ-ın Kaliforniya ştatında başlayan meşə yanğınları 40,4 min hektar ərazini əhatə edir. Bu səbəbdən də yanğınlara “meqayanğın” adı verilib.

“USA Today” qəzetinin yazdığına görə, hələlik yanğını nəzarət altına almaq mümkün olmayıb və o şimala və şimal-şərqə doğru yayılmağa davam edəcək.

Meşə yanğınları Oreqon ştatında da baş alıb gedir. Xoşbəxtlikdən külək azalıb və yanğınsöndürənlər ərazinin 40 faizini nəzarətə götürə biliblər.

Son məlumatlara görə, ABŞ-da meşə yanğınları səbəbilə 70 yaşayış evi və 100-dən çox digər tikili yanıb. 2 min evin sakini təxliyə edilib və daha 5 mininin mümkün təxliyəsi barədə xəbərdarlıq olunub.

Bildirilir ki, gün ərzində ABŞ ştatlarında 83 böyükmiqyaslı yanğın baş verib. Alovlar 553 min hektar ərazini əhatə edir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri