25 
İyl
2021
11:40
121
192
3046
Virtual karabakh

Bolqarıstan Gürcüstan vətəndaşlarının ölkəyə girişinə qadağa qoydu

25 İyl, 2021
11:40
3046

Bolqarıstan Gürcüstan vətəndaşlarının ölkəyə girişinə qadağa qoydu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bolqarıstan iyulun 26-dan Gürcüstan vətəndaşlarının ölkəyə girişinə qadağa tətbiq edəcək.

“Novosti-Qruziya” xəbər verir ki, bu barədə Gürcüstanın Bolqarıstandakı Səfirliyi məlumat yayıb.

Bildirilir ki, iyulun 26-dan etibarən Gürcüstanda koronavirusa yoluxma hallarının artması ilə əlaqədar ölkə vətəndaşları Bolqarıstan ərazisinə daxil ola bilməyəcəklər.

Bununla bağlı Bolqarıstan Səhiyyə Nazirliyi qərar qəbul edib.

Bu qərar Gürcüstandan gələn Bolqaristan vətəndaşlarına və onların ailə üzvlərinə şamil edilmir.

Qeyd edilir ki, karantin məhdudiyyətlərinə baxmayaraq Bolqarıstanda turizm mövsümu davam edir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri