26 
İyl
2021
07:56
17
284
7380
Virtual karabakh

Koronavirusdan sağalanların kabusu: Bu xəstəliyə tutulanların yarısı ölür

26 İyl, 2021
07:56
7380

Koronavirusdan sağalanların kabusu: Bu xəstəliyə tutulanların yarısı ölür

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünyada koronavirusa qarşı peyvənd kampaniyasının aparıldığı bir zamanda, virus mutasiyaya uğrayaraq, yayılmaqda davam edir.

“Haber Global”ın məlumatına görə, COVID-19 artıq bu virusdan sağalanların da kabusuna çevrilib. Belə ki, xəstəlikdən qutulanları yeni və daha dəhşətli bir təhlükə - “qara göbələk” kimi tanınan mukormikoza gözləyir.

Üzdə yaranan ləkələr, görmə qabiliyyətinin itirilməsi və ölümə səbəb ola bilən xəstəlikdən qurtulmaq üçün bir çoxlarının gözü belə çıxarılır.

Hazırda “qara göbələk” Hindistan, Əfqanıstan, Nepal, Misir və Omanda yayılıb. Onun hər ötən gün öz əhatə dairəsini genişləndirdiyi bildirilir. “Qara göbələk” virusundan ölüm əmsalının isə 50% olduğu qeyd edilir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri