27 
İyl
2021
15:08
70
301
3579
Virtual karabakh

Gürcüstan yenidən qadağalara qayıdır: Sərhədlər bağlana bilər

27 İyl, 2021
15:08
3579

Gürcüstan yenidən qadağalara qayıdır: Sərhədlər bağlana bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gürcüstanda epidemioloji vəziyyət daha da pisləşib.

Apsny.ge xəbər verir ki, bu barədə ölkənin milli xəstəliklərə nəzarət mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.

Onun sözlərinə görə, Koordinasiya şurasının iclasında virusun yayılmasının qarşısının alınması üçün görüləcək tədbirlər müzakirə edilib.

Qamkrelidze pandemiya üzərində qələbəyə aparan bəzi vacib məqamları qeyd edib:

“Müzakirə olunan ilk istiqamətlərdən biri vaksinasiyanın aktivləşdirilməsi, eyni zamanda, həm qapalı, həm də xüsusilə seçkiqabağı, insanların çox toplaşdığı açıq məkanlarda da maska taxmaq məcburiyyətidir.

Əsas - ziyafət, toy, şənlik, konsert kimi kütləvi tədbirlərə qadağa qoyulmasıdır. Bundan başqa, sərhədə də nəzarət vacibdir”.

Qeyd edək ki, Gürcüstanda son sutkada koronavirusa 3 666 yoluxma qeydə alınıb. Ölkədə ümumilikdə 407 689 yoluxma faktı müəyyən edilib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri