28 
İyl
2021
08:24
153
42
2678
Virtual karabakh

Çeçenistanda koronavirusa qarşı kollektiv immunitet formalaşıb

28 İyl, 2021
08:24
2678

Çeçenistanda koronavirusa qarşı kollektiv immunitet formalaşıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çeçenistanda yaşı 18-dən yuxarı olan əhalinin hamısı vaksinasiyadan keçib.

Bu barədə mətbuata açıqlamasında respublikanın səhiyyə naziri Elxan Süleymanov bildirib.

O, Çeçenistanın Rusiya Federasiyasının subyektləri arasında vaksinasiyanı başa vuran ilk region olduğunu da vurğulayıb.

Nazirin sözlərinə görə, bugünədək 910 min əhalisi olan respublikada yetkinlik yaşına çatmış 568 min nəfərə iki doza peyvənd vurulub. Bununla da Çeçenistan əhalisi arasında COVID-19-a qarşı kollektiv immunitet formalaşdırılıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri