28 
İyl
2021
17:48
44
268
1851
Virtual karabakh

Məhdudiyyətlərin götürüldüyü Britaniyada koronavirusdan ölənlərin sayında kəskin artım

28 İyl, 2021
17:48
1851

Məhdudiyyətlərin götürüldüyü Britaniyada koronavirusdan ölənlərin sayında kəskin artım

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Böyük Britaniyada koronavirusdan ölənlərin sayı kəskin şəkildə artaraq 2021-ci ilin martından bəri rekord göstəriciyə çatıb.

Bu barədə “Reuters” xəbər yayıb.

Bildirilir ki, ölkədə ardıcıl yeddinci gündür koronavirus xəstələrinin sayı azalmır. Belə ki, son bir sutkada Britaniyada 23 511 yeni yoluxma və 131 ölüm halı qeydə alınıb.

Bundan başqa COVID-19 xəstələrinin sayı xəstəxanalarda da durmadan artır və hazırda 5 918 nəfərə çatıb (Mart ayından bəri ən yüksək göstəricidir).

Həyəcanverici statistika ilə əlaqədar olaraq ölkənin Baş naziri Boris Conson məhdudiyyətlərin çoxunun qaldırılmasına baxmayaraq, hər kəsi soyuqqanlı olmağa və pandemiya ilə əlaqədar ehtiyatlı olmağa səsləyib.

Qeyd edək ki, ingiltərəli epidemioloq Nil Ferguson Britaniyanın COVID-19-u bir neçə aya məğlub edə biləcəyinə inanır. Onun sözlərinə görə, koronavirusla bağlı vəziyyət oktyabr ayına qədər xeyli yaxşılaşacaq.

Xatırladaq ki, iyulun 19-dan bəri Britaniya hökuməti ölkədəki demək olar ki, bütün koronavirus məhdudiyyətlərini ləğv etdi: sakinlərə tibbi maskasız gəzməyə, böyük qruplar halında toplaşmağa icazə verilib, həmçinin yüksək epidemioloji riskə sahib olan müəssisələrin yenidən açılmasına icazə verilib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri