30 
İyl
2021
09:16
46
113
8355
Virtual karabakh

Artıq çəkidən tez bir zamanda qurtulmağın yolu tapılıb

30 İyl, 2021
09:16
8355

Artıq çəkidən tez bir zamanda qurtulmağın yolu tapılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Pensilvaniya Universitetinin Perelman Tibb Məktəbinin alimləri artıq çəkidən tez bir zamanda azad olmağın yeni və qeyri-adi üsulunu aşkar ediblər.

Bu barədə “Science” elmi jurnalında dərc olunan məqalədə məlumat verilib.

Bildirilib ki, alimlər ilk dəfə olaraq arıqlama üsulunda hormonlardan deyil, immun sistemi zülallarından istifadə ediblər.

Yeni tapıntı allergik reaksiyalar və insulinlə bağlı gəmiricilər üzərində aparılan təcrübələr zamanı təsadüfən üzə çıxıb. Belə ki, TSLP zülalının köməyilə heyvanların çəkisini iki dəfəyədək azaltmaq mümkün olub.

Alimlər yaxın zamanda bu zülalın insanlar üzərindəki effektivlik dərəcəsini dəqiq müəyyən etmək üçün təcrübələrə başlayacaqlarını bildiriblər.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri