30 
İyl
2021
10:44
22
227
3482
Virtual karabakh

ÜST-dən koronavirusun dördüncü dalğası barədə AÇIQLAMA

30 İyl, 2021
10:44
3482

ÜST-dən koronavirusun dördüncü dalğası barədə AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Yaxın Şərqdə və Şimali Afrikada koronavirusun dördüncü dalğasını qeydə alıb.

Bu barədə “İnterfax” xəbər yayıb.

“Yeni yoluxma hallarının və xəstəxanaya yerləşdirilən xəstələrin əksəriyyəti peyvənd olunmamış insanlardandır. İndi bölgədə COVID-19-un dördüncü dalğası qeydə alınır”, - deyə ÜST-nin Şərqi Aralıq dənizi Ofisinin rəhbəri Əhməd əl-Mandhari bildirib.

Onun sözlərinə görə, bu bölgədə koronavirusun “Delta” ştammına daha çox yoluxma qeydə alınıb. Bu ştammla yoluxma halı Mərakeşdən Pakistana qədər Yaxın Şərq və Şimali Afrika bölgəsindəki 15 ölkədə müəyyən edilib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri