30 
İyl
2021
13:08
115
6
2806
Virtual karabakh

Bəkir Pakdemirlidən Türkiyəni bürüyən meşə yanğınları ilə bağlı AÇIQLAMA

30 İyl, 2021
13:08
2806

Bəkir Pakdemirlidən Türkiyəni bürüyən meşə yanğınları ilə bağlı AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin kənd təsərrüfatı və meşə naziri Bəkir Pakdemirli ölkədə davam edən yanğınlarla əlaqədar açıqlama verib.

Bu barədə “Haber Global” məlumat yayıb.

“Bütün aktiv yanğınlarda vəziyyət yaxşılaşmağa doğru gedir. Yanğınlardan 57-si nəzarət altına alınıb. Aktiv yanğınlar Adana, Osmaniyə və Antalyadadır.

Hazırda yaşayış məntəqələri üçün heç bir təhlükə yoxdur. Bütün yanğınlara qarşı mübarizəmizi üç təyyarə, doqquz PUA, bir pilotsuz helikopter, 38 helikopter, 680 su çiləyiciləri, 55 inşaat texnikası və bütün dövlət qurumlarından 4 mindən çox işçi heyəti ilə davam etdiririk. Antalyada üç, Muğlada bir insan itkisi var. Bunlar son dərəcə həssas günlərdir”, - deyə o bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri