30 
İyl
2021
15:00
28
346
5243
Virtual karabakh

Aralıq dənizi ölkələrini meşə yanğınları bürüyüb - FOTO

30 İyl, 2021
15:00
5243

Aralıq dənizi ölkələrini meşə yanğınları bürüyüb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə Aralıq dənizi və Egey dənizi sahillərində yanğınlarla mübarizəni davam etdirir. Türkiyədən başqa İtaliya, İspaniya və Yunanıstanda da meşə yanğınları davam edir.

“TRT Haber” məlumat verir ki, Yunanıstanda isti hava səbəbi ilə yanğın riski ən yüksək - dördüncü dərəcəyə qalxıb. Ölkədə meşə yanğınları ilə mübarizə aparılır. Axeya bölgəsi və Patradakı meşəlik ərazi yanğının təsiri altındadır.

İtaliyanın Sardiniya adası da alovlara təslim olub. 24 iyuldan başlayan yanğında meşə və əkin sahələri, ümumilikdə 20 min hektar əraziyə ziyan dəyib, 500-dən çox insan təxliyə edilib.

İspaniyanın Jirona şəhərində 25 iyuldan başlayan yanğın 600 hektardan çox ərazini külə çevirib. 168 nəfər təxliyə edilib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri