Avq
2021
13:12
138
20
7751
Virtual karabakh

Ermənistanın yeni parlamentinin ilk iclasında deputatlar mübahisəyə qalxdı: Həsənov iclasa fasilə verdi

2 Avq, 2021
13:12
7751

Ermənistanın yeni parlamentinin ilk iclasında deputatlar mübahisəyə qalxdı: Həsənov iclasa fasilə verdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistan parlamentinin yeni tərkibdə ilk iclası keçirilib.

Bu barədə “Sputnik Ermənistan” yazıb.

Parlamentin ilk iclasında artıq deputatlar arasında gərginlik yaranıb. Belə ki, müxalif “Ermənistan” bloku həbsdə olan deputatları Mxitar Zakaryan və Artur Sarkisyanla bağlı mübahisə yaradıb. “Ermənistan” blokunun nümayəndələri bildiriblər ki, iki parlamentarinin həbs olunduğu şəraitdə hər hansı bir səsvermə keçirilə bilməz. Bundan əlavə qanunverici orqanın qərarı olmadan deputatların həbs edilməsi qəbuledilməzdir.

Həbsdə olan deputatların iştirakının təmin edilməsi məsələsində “Mənim şərəfim var” bloku da “Ermənistan” blokunu dəstəkləyib.

Çoxluq təşkil edən “Vətəndaş sazişi” Partiyasının nümayəndəsi Vladimir Vardanyan isə sözügedən qərarın deputatların mandat əldə etmədən əvvəl verildiyini qeyd edib.

Bu zaman erməni deputatlar bir-birinə qarşılıqlı irad tutublar. İclasa rəhbərlik edən Knyaz Həsənovun müzakirələri davam etdirmək cəhdi də uğursuz olub. Buna cavab kimi müxalifət nümayəndələri əlləri ilə stollara vurmağa başlayıb və bununla etirazlarını bildiriblər. Nəhayət “Ermənistan” blokunun təmsilçiləri spiker olmadığı üçün iclası idarə edən ən yaşlı deputat Knyaz Həsənovdan (kürd əsilli) 20 dəqiqəlik fasilə istəyiblər və sonuncu onların istəyini yerinə yetirməyə məcbur olub.

Qeyd edək ki, iclasda daha bir qalmaqal da yaşanıb. Belə ki, Knyaz Həsənov deputatların adlarını oxuyarkən səssiz qalan “Ermənistan” bloku yalnız həbs olunan Mxitar Zakaryan və Artur Sarkisyanın adı çəkilərkən ayağa qalxıb və alqışlarla etiraz bildirib.

Sözügedən deputatlar dövlət vəsaitini mənimsəməkdə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri