Avq
2021
08:57
40
148
1701
Virtual karabakh

Bayden koronavirusla bağlı qlobal sammit keçirməyi planlaşdırır

4 Avq, 2021
08:57
1701

Bayden koronavirusla bağlı qlobal sammit keçirməyi planlaşdırır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ Prezidenti Co Bayden koronavirusla bağlı ilk qlobal sammiti keçirməyi planlaşdırır.

Bu barədə “Axios” müzakirələrlə tanış olan mənbələrə istinadən xəbər verib.

BMT Baş Assambleyası çərçivəsində onlayn formatda keçiriləcək tədbirdə COVID-19 pandemiyasına son qoyulması və gələcək pandemiyalara hazırlıq məsələləri müzakirə olunacaq. Sammit dünyada “delta” ştammlarına yoluxmaların kəskin artması ilə əlaqədar Beynəlxalq ictimaiyyəti bir araya gətirmək, həmçinin peyvəndlərin paylanılması və xalq sağlamlığı qaynaqları öhdəliklərini gücləndirmək məqsədi daşıyır.

Bayden digər milli liderlər, beynəlxalq təşkilatlar, xeyriyyə təşkilatları və qeyri-hökumət təşkilatları ilə birlikdə tədbirə qatılacaq. Hazırda prezident administrasiyası səviyyəsində müzakirələr aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri