Avq
2021
20:32
236
52
8051
Virtual karabakh

Pentaqonun qarşısında yaranan təhlükə aradan qaldırıldı - YENİLƏNİB + VİDEO

3 Avq, 2021
20:32
8051

Pentaqonun qarşısında yaranan təhlükə aradan qaldırıldı - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Pentaqonun qarşısında yaranan təhlükə aradan qaldırılıb.

Bu barədə “Politico” nəşri məlumat yayıb.

Məlumata görə, bina yaxınlığında atəş açan şəxs ABŞ Müdafiə Nazirliyinin mühafizə xidmətinin əməkdaşı tərəfindən cavab atəşilə zərərsizləşdirilib.  

Atışma nəticəsində bir neçə nəfərin, o cümlədən Pentaqonun binası qarşısında dayanan polis əməkdaşının yaralandığı bildirilib.

19:42

ABŞ-ın Müdafiə Nazirliyinin əsas binası yaxınlığına atəş səsləri eşidilib.

“Russia Today” məlumat verir ki, Pentaqona ən yaxın metro stansiyasında atışma baş verib.

İnsident səbəbilə nazirlik təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınıb. Binanın bütün giriş və çıxışları qapadılıb.

Atışma nəticəsində bir neçə şəxsin yaralandığı bildirilib.

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri