17 
Avq
2021
15:05
21
586
9870
Virtual karabakh

Lavrov Qarabağla bağlı iş adamlarına MÜRACİƏT ETDİ

17 Avq, 2021
15:05
9870

Lavrov Qarabağla bağlı iş adamlarına MÜRACİƏT ETDİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın xarici işlər naziri Sergey Lavrov rusiyalı avtomobil daşıyıcılarına hazırda infrastrukturun bərpa olunduğu Qarabağda işləmək imkanlarını nəzərdən keçirməyi təklif edib.

Bu barədə TASS agentliyi məlumat yayıb.

“İndi orada infrastrukturun və magistral yolların bərpası ilə bağlı aktiv işlər görülür. Buna görə də, bu perspektivli əraziyə daha yaxından nəzər salın. Məncə, bunun açıq şəkildə iqtisadi faydaları olacaq”, - deyə S.Lavrov Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası ilə keçirilən görüşdə vurğulayıb.

S. Lavrov əlavə edib ki, onun ölkəsinin qonşuluğunda yerləşən bu bölgədə Rusiyanın fəal iştirakı ilə iqtisadi inkişafın olması vacibdir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri