18 
Avq
2021
08:33
20
233
5028
Virtual karabakh

20 illik Əfqanıstan müharibəsinin acı rəqəmləri açıqlandı

18 Avq, 2021
08:33
5028

20 illik Əfqanıstan müharibəsinin acı rəqəmləri açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avqustun 31-də ABŞ hərbçilərinin Kabil hava limanını tərk etməsilə başa çatacaq 20 illik Əfqanıstan müharibəsinin insan itkiləri açıqlanıb.

“Associated Press” xəbər verir ki, savaşda bugünədək bütün tərəflərdən 172 mindən çox şəxs həyatını itirib.

Bunlardan 2448 nəfəri ABŞ hərbçiləri, 3846 nəfəri ABŞ üçün çalışan əfqan səlahiyyətliləridir.

Həmçinin, hərbi əməliyyatların gedişində 47 245 yerli mülki şəxs, 66 minə yaxın Əfqanıstan ordusu qüvvələri, 51 191 nəfər “Taliban” və digər qruplaşmaların üzvləri, 1 144 NATO əsgəri və 72 jurnalist həlak olub.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri