15 
Sen
2021
07:24
165
15
1061
Virtual karabakh

Jozef Borrel: “Əfqanıstandakı son hadisələr Aİ-nin zəifliyini bir daha göstərdi”

15 Sen, 2021
07:24
1061

Jozef Borrel: “Əfqanıstandakı son hadisələr Aİ-nin zəifliyini bir daha göstərdi”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik üzrə Ali Komissarı Jozef Borrel “Le Monde” qəzetinə maraqlı açıqlamalar verib.

O, Əfqanıstanda baş verən son hadisələrin Aİ-nin zəifliyini bir daha göstərdiyini bəyan edib.

“ABŞ-ın çətiri altında ticari və iqtisadi inteqrasiya ilə sabitləşən bir dünya ideyasını dəstəklədik. Amma xüsusilə də 11 sentyabr 2001-ci ildən sonra yeni təhdidlər meydana gəldi. Çin, Rusiya və Türkiyədə tarixi gerçəkliklərə dayanaraq, hətta yenidən kəşf edilərək keçmiş imperiyalar yenidən dirçəldi”, -deyə Ali Komissar bildirib.

Aİ rəsmisi köhnə qitə ölkələrinin ortaq ordu yaratmaq ideyasına da toxunub. O, güclü Avropanın ABŞ-ın maraqlarına uyun olduğunu qeyd edib.

Mənbə: TRT

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri