15 
Sen
2021
14:04
10
112
1281
Virtual karabakh

Meksikada onlarla əcnəbi hoteldən qaçırıldı

15 Sen, 2021
14:04
1281

Meksikada onlarla əcnəbi hoteldən qaçırıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Meksikanın mərkəzindəki San Luis-Potosi ştatının Mateuala rayonunda, təxminən, 20 xarici vətəndaş naməlum şəxslər tərəfindən hoteldən qaçırılıb.

Bu barədə ştat prokurorluğu məlumat yayıb.

Şahidlərin sözlərinə görə, Haiti və Venesuela vətəndaşlarının qaçırılması üç avtomobillə hotelə gələn silahlı şəxslər tərəfindən həyata keçirilib.

Hər il lazımi sənədləri olmayan yüz minlərlə miqrant Meksika ərazisindən keçərək ABŞ-a getməyə çalışır. Onlar yolda çox vaxt cinayətkar dəstələrin və ya insan alverçilərinin qurbanı olurlar.

Latın Amerikası dövlətinin başçısı Andres Manuel Lopez Obrador avqustun 29-da hökumətinin miqrasiya axınlarını dayandırmağa davam edəcəyini açıqlayıb. O qeyd edib ki, insanları ölkələrini tərk etməyə məcbur edən problemləri həll etmək lazımdır.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri