18 
Sen
2021
11:04
109
15
721
Virtual karabakh

Çin ABŞ-ı təhlükəsizlik riskləri yaratmaqda günahlandırır

18 Sen, 2021
11:04
721

Çin ABŞ-ı təhlükəsizlik riskləri yaratmaqda günahlandırır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ daim təxribatlar törətməklə sülh və sabitliyi pozur və Tayvan boğazında təhlükəsizlik riskləri yaradır.

Bu sözləri Çin Xalq Qurtuluş Ordusunun (PLA) Şərq Mübarizə Komandanlığının nümayəndəsi Şi İ deyib.

O qeyd edib ki, sentyabrın 17-də “USS Barry” raket esminesi Tayvan boğazından keçib, PLA Şərqi Mübarizə Komandanlığı gəmini boğazdan keçən bütün marşrut boyunca izləyib və müşayiət edib.

“ABŞ daim bu cür təxribatçı hərəkətlər edir. Bu, ABŞ-ın Tayvan boğazında sülh və sabitliyi pozaraq təhlükəsizlik riskləri yaratdığını nümayiş etdirir”, - deyə Çin nümayəndəsi bildirib.

O, Çin hərbçilərinin milli suverenliyi və təhlükəsizliyi, eləcə də regional sülh və sabitliyi qətiyyətlə müdafiə etməyə hazır olduğunu vurğulayıb.

Mənbə: “RİA Novosti”

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri