19 
Sen
2021
00:24
124
24
2781
Virtual karabakh

“İnter” böyük hesablı qələbə qazandı - VİDEO

Futbol üzrə İtaliya A seriyasının dördüncü turunda “İnter” “Bolonya” üzərində böyük hesablı qələbə qazanıb.

“San Siro” stadionunda baş tutan qarşılaşma 6:1 hesabı ilə “nerazzurri”nin qələbəsi ilə başa çatıb.

“İnter”in heyətində Lautaro Martines, Milan Şkrinyar, Nikolo Barella, Matias Vesino və oyunda dubl etməyi bacaran Edin Ceko fərqlənib.

“Bolonya”nın yeganə qolunu isə Artur Teate vurub.

Bu nəticədən sonra futbol üzrə İtaliya çempionatında “İnter” 10 xalla turnir cədvəlində birinci yerdə qərarlaşıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri