20 
Sen
2021
12:32
40
211
8604
Virtual karabakh

Rusiyada universitetə silahlı hücum edən şəxsin fotosu və son paylaşımı - FOTO

20 Sen, 2021
12:32
8604

Rusiyada universitetə silahlı hücum edən şəxsin fotosu və son paylaşımı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Perm Dövlət Universitetinə silahlı basqın həyata keçirərək səkkiz nəfəri öldürən şəxsin internetdə fotosu və hadisədən bir neçə dəqiqə əvvəl sosial şəbəkə hesabında etdiyi paylaşım yayılıb.

Yazı “VKontakte” sosial şəbəkəsi üzərindən paylaşılıb.

Timur Bekmansurov adlı istifadəçi yazdığı statusda qeyd edib ki, o, törətdiyi cinayəti çoxdan həyata keçirmək niyyətində olub:

“İllər keçdi və başa düşdüm ki, arzuladığım işi etmək zamanı yetişib”.

Timur Bekmansurov 10-cu sinifdən etibarən odlu silah əldə etmək məqsədi ilə pul topladığını yazıb.

“2021-ci ilin mart ayında silah almaq üçün lazım olan pulu toplayıb bitirdim. 18 yaşım tamam olandan sonra isə lisenziya almaq üçün tələb olunan prosedurlara başladım”, - Timur Bekmansurov adlı şəxs öz sosial şəbəkə hesabında yazıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri