21 
Sen
2021
08:50
116
50
837
Virtual karabakh

NASA Ayda su axtaracaq

2023-cü ilin sonlarında ABŞ-ın Milli Aerokosmik Agentliyi (NASA) Yerin təbii peykinə “Viper” roverini göndərəcək.

“Artemis” proqramı çərçivəsində gerçəkləşəcək missiyanın başlıca məqsədi Ayda su axtarışına çıxmaqdır.

NASA alimlərinin sözlərinə görə, Ayın daim kölgəli olan kraterlərində mayenin izlərini tapmaq ehtimalı mövcuddur. Belə ki, bu ərazilər Günəş sisteminin ən soyuq bölgələrindəndir.

Qeyd edək ki, missiyanın müddəti 100 gün olacaq.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri