22 
Sen
2021
01:33
724
55
2201
Virtual karabakh

Bayden: “İranın nüvə silahına sahib olmaması üçün əlimizdən gələni edəcəyik”

22 Sen, 2021
01:33
2201

Bayden: “İranın nüvə silahına sahib olmaması üçün əlimizdən gələni edəcəyik”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

BMT Baş Assambleyasının 76-cı sessiyasında çıxış edən ABŞ prezidenti Co Bayden ölkəsinin qəti şəkildə yeni bir soyuq müharibə istəmədiyini bəyan edib.

Dövət başçısı bildirib ki, ABŞ-ın hərbi gücü dünyada mövcud təhdidlərə qarşı yeganə deyil, ən sonuncu cavab olmalıdır.

Onun sözlərinə görə, bundan sonra ABŞ ölkə xaricində yalnız dəqiq və bəlli hədəflərə qarşı hərbi gücdən istifadə edəcək.

Çıxışında İranın nüvə proqramına toxunan ABŞ prezidenti İranın nüvə silahına sahib olmaması üçün əllərindən gələni edəcəklərini bildirib.

O, Fələstin-İsrail münaqişəsində iki dövlətli həll yolunu dəstəklədiyini qeyd edib.

Bayden, həmçinin yoxsul ölkələrə aclıq və COVID-19-a qarşı mübarizədə yardım edəcəklərini də vurğulayıb.

Mənbə: TRT

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri