22 
Sen
2021
05:00
346
24
6634
Virtual karabakh

Dünyanın ən ucuz elektromobili: Cəmi 100 dollara

22 Sen, 2021
05:00
6634

Dünyanın ən ucuz elektromobili: Cəmi 100 dollara

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çinin onlayn ticarət platforması olan “Alibaba”da dünyanın ən ucuz elektromobilinin satışına başlanılıb.

O, yalnız bir nəfərin daşınması üçün nəzərdə tutulub.

Elektromobil şəhər yollarında hərəkət etmək üçün bütün lazımi cihazlarla təchiz edilib.

Maksimal sürəti 40 km/saat olan elektromobil birdəfəyə 60 km məsafə qət edir.

Çin istehsalı elektrokarın uzunluğu 2133 mm, eni 900 mm, hündürlüyü isə 1495 mm-ə bərabərdir. Komplektasiya və çatdırılma şərtlərindən asılı olaraq nəqliyyat vasitəsinin qiyməti 100-4000 dollar arasında dəyişir.

Mənbə: Motor.ru

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri