22 
Sen
2021
16:04
30
162
2438
Virtual karabakh

36 yaşlı rusiyalı qadın keçmiş qayınatası tərəfindən amansızlıqla qətlə yetirildi

22 Sen, 2021
16:04
2438

36 yaşlı rusiyalı qadın keçmiş qayınatası tərəfindən amansızlıqla qətlə yetirildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sentyabrın 21-də gecə saatlarında Moskva şəhərinin şərqində yerləşən yaşayış binalarından birinin girişində sakinlər başından güllə yarası alan qadın aşkar ediblər.

Dərhal hadisə yerinə hüquq-mühafizə orqanları çağrılıb.

Qadının qətlində onun keçmiş qayınatası şübhəli bilinərək saxlanılıb.

Rusiya İstintaq Komitəsinin Moskva şəhəri üzrə idarəsindən verilən məlumatda qeyd olunur ki, yaşayış binasının girişində qətlə yetirilən 1985-ci il təvəllüdlü qadının baş nahiyəsinə bir neçə atəş açılıb.

Faktla bağlı cinayət işi açılıb.

İstintaqın ilkin versiyasına görə, cinayət öldürülən qadının keçmiş qayınatası tərəfindən törədilib.

Cinayətin motivi isə boşanma proseduru, habelə qadının keçmiş həyat yoldaşı ilə aralarında olan mübahisəli əmlak bölgüsüdür.

Saxlanılan şəxsin 1955-ci il təvəllüdlü olduğu və hazırda dindirildiyi bildirilir. İstintaq davam etdirilir.

Mənbə: “Komsomolskaya Pravda”

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri