23 
Sen
2021
16:42
28
742
6347
Virtual karabakh

İran Ermənistan üçün özünü oda atdı: Yenidən İrəvanın köməyinə qaçdı

Ermənistan Mehri rayonunda baş verən meşə yanğınlarının söndürülməsində aciz qalıb.

Bir o qədər də geniş miqyasa sahib olmayan meşə yanğınlarını söndürmək üçün belə lazımı resursları çatmayan Ermənistanın imdadına isə hər zaman olduğu kimi İran çatıb.

İran tərəfi dərhal ermənilərin yardımına qaçıb, texnikası və canlı qüvvəsi ilə Ermənistanın qulluğunda dayanıb. Regionda, hətta dünyada baş verən önəmli və qlobal miqyaslı hadisələrə çox zaman reaksiya verməyən və ya olduqca gec münasibət bildirən, addım atan İran görünür ki, məsələ Ermənistan olanda bir an belə düşünməyi özünə rəva bilmir. Dərhal var gücü ilə ermənilərin yardımına qaçır.

İranın bu “canfəşanlığı” yalnız humanitar məqsədlər daşıdığı halda müsbət qiymətləndirilə bilərdi, lakin artıq hər birimiz Tehran-İrəvan əməkdaşlığının əsl simasını görə bilib. İranın ermənipərəst mövqeyi uzun illərdir İrəvanın regionda sabitlik üçün təhdidlər yaratmasına şərait yaradır. Ermənistan nə olur olsun, İranın dəstəyindən faydalanacağına arxalanaraq daim təxribatlarına davam edir.

Ona görə də İranın bu cür yanğını söndürmək üçün Ermənistana yardıma tələsməsi təəccüb doğurmur. Tehran müharibə dövründə də bu cür ildırım sürətilə Ermənistanın yanında olduğunu göstərmişdi. İran bunu nə qədər gizlətməyə çalışsa da, soydaşlarımızın səyləri nəticəsində bütün bu təxribatlar ifşa olunub.  

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri