23 
Sen
2021
18:42
530
17
2817
Virtual karabakh

Vertikal uçuş-eniş imkanına malik “Bayraktar” PUA-larının istehsal tarixi açıqlandı - FOTO

Türkiyədə keçirilən “Texnofest” aerokosmik texnologiyalar sərgisi çərçivəsində “Baykar” şirkəti tərəfindən daha bir yeni PUA modeli təqdim edilib.

Bu vertikal uçuş-eniş imkanına malik “Bayraktar” aparatıdır.

Onun rabitə radiusu 150 km-dir.

PUA ekonom benzin mühərrikilə təchiz olunub və 12 saat fasiləsiz uçuş imkanına sahibdir ki, bu da analoji aparatlar arasında rekord sayılır.

Yeni “Bayraktar” PUA-larının 2022-ci ildən etibarən kütləvi istehsalına başlanılacağı bildirilib.

Mənbə: “Anadolu”

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri