24 
Sen
2021
11:08
64
189
5590
Virtual karabakh

Arvadını müayinə etmək istəyən həkimi döydü - VİDEO

24 Sen, 2021
11:08
5590

Arvadını müayinə etmək istəyən həkimi döydü - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Nijnevartovsk şəhərində həkim pasiyentinin əri tərəfindən zorakılığa məruz qalıb.

Belə ki, hicablı qadın əri ilə dermotoloq yanına gəlib. Həkim onu müayinə etmək üçün bədəninin müəyyən hissələrinə (qoluna, ayağına, qarnına) baxmalı olduğunu deyib. Qadın isə bunun mümkün olmadığını bildirib.

Bir qədər sonra xəstənin əri həkimin yanına gəlib. “Deməli sən qadınların qarnına baxmağı xoşlayırsan?” deyib, həkimə yumruqla zərbələr endirib. Nəticədə həkim kəllə-beyin travması alıb.

Bildirilir ki, hicablı qadın özü də yerli poliklinikada tibb bacısı işləyir. O, müayinə zamanı tələb olunan sadə prosedurlar haqda xəbərdardır.

Faktla bağlı araşdırma başlanıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri