25 
Sen
2021
03:56
146
71
2686
Virtual karabakh

Plastiklər planet üçün zərərsiz hala gətirilir - FOTO

Britaniyalı alimlər planet üçün zərərsiz olan və parçalanan plastik materiallah istehsal etməyi öyrənib. Bu işlə məşğul olan “Polymateria” startapı artıq Asiyada populyarlaşmağa başlayıb.

Şirkətdən bildirilir ki, dünyada ilk dəfə onlar bazarlara bioloji olaraq tamamilə parçalana bilən plastik təklif ediblər.

“Polymateria” məhsulları parçalanarkən onlarda mikroplastiklər (uzunluğu beş millimetrdən az olan hissələr) qalmır, onların istehsalı və məhvi üçün xüsusi avadanlıq tələb edilmir. Texnologiyanın mahiyyəti ondan ibarətdir ki, kauçuklar, yağlar və quruducular da daxil olmaqla plastikə 10-dan çox kimyəvi maddə əlavə olunur, hansı ki, sonradan onlar plastik polimerləri parçalayır, materialı muma çevirir. Təbii mühitdə mum bakteriya və göbələklər tərəfindən tamamilə həzm olunur.

Nazik qablaşdırma materiallarının cəmi 226 gün ərzində çürüdüyü bildirilir (müqayisə üçün poliqonda tipik plastik torbanın parçalanması təxminən min il çəkir).

Bundan əlavə, bu cür məhsullar yenidən istifadəyə verilə bilər.

Mənbə: “Bloomberg”

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri