25 
Sen
2021
20:30
280
27
1672
Virtual karabakh

Ermənistan Silahlı Qüvvələrinin Aviasiya İdarəsinin keçmiş rəhbəri saxlanılıb

25 Sen, 2021
20:30
1672

Ermənistan Silahlı Qüvvələrinin Aviasiya İdarəsinin keçmiş rəhbəri saxlanılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistanın Milli Təhlükəsizlik Xidməti Silahlı Qüvvələrin Aviasiya İdarəsinin keçmiş rəhbərinə qarşı cinayət işi başladıb və sözügedən şəxs saxlanılıb.

O, istismar müddəti başa çatmış və yararsız raketlərin alınmasında ittiham olunur. Ermənistan MTX-nin məlumatında qeyd olunur ki, 2011-ci ildə təchizatçı şirkətlərdən biri tərəfindən 1985-1991-ci illərdə istehsal edilmiş raketlər Müdafiə Nazirliyinə güzəştli qiymətlərlə satılmaq məqsədilə alınıb.

Bu zaman sursatların istismar vaxtı başa çatdığı üçün Ermənistan MN onları qəbul etməyib, lakin sursat nazirliyin anbarlarında saxlanılıb. Lakin Aviasiya İdarəsinin rəhbəri bir qrup vəzifəli şəxslə birlikdə həmin sursatları saxta sənədlər hazırlamaqla bazar qiymətindən daha yüksək qiymətə - 1100 dollara Ermənistan MN-ə satıb.

Bundan əlavə, sözügedən şəxs yenidən həmin raketlərdən alınması üçün 5,6 milyon dollarlıq müqavilə imzalayıb.

Mənbə: “Sputnik” Ermənistan

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri