26 
Sen
2021
17:46
161
41
2565
Virtual karabakh

Messinin gəlişindən sonra Mbappenin Neymarla münasibətləri korlanıb

26 Sen, 2021
17:46
2565

Messinin gəlişindən sonra Mbappenin Neymarla münasibətləri korlanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

PSJ-də Lionel Messinin gəlişindən sonra Kilian Mbappe və Neymarın münasibətləri korlanıb.

Fransalı hücümçu ölkə çempionatının 8-ci turunda “Monpelye” ilə matçda braziliyalının davranışlarını bəyənməyib. Mbappe 88-ci dəqiqədə əvəzləndikdən sonra ehtiyat oyunçular skamyasında komanda yoldaşı İdrissa Geyeyə Neymardan şikayətlənib. Mbappe “sambaçı”nın Yulian Drakslerə ötürmə verməsindən sonra “O, mənə belə pas atmır” deyə bildirib.

Qeyd edək ki, Kilian Mbappenin PSJ ilə razılaşması 2022-ci ilin yayında başa çatır. Onun azad agent kimi Madrid “Real”ına keçəcəyi gözlənilir.

Mənbə: Sports.ru

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri