27 
Sen
2021
08:30
65
47
1832
Virtual karabakh

Kriptovalyuta bazarında bir həftədə 325 milyard dollar “buxarlanıb”

Son bir həftə ərzində qlobal kriptovalyuta bazarı 325 milyard dollar azalıb.

Əvvəlcə ABŞ, daha sonra isə Çində qəbul edilən qərarlar rəqəmsal pullara mənfi təsir göstərib.

ABŞ xəzinədarlığı kiberhücumlarda yer alma ittihamı ilə ilk dəfə olaraq bir kriptobirjaya qarşı sanksiya tətbiq edib. 

Çin hökuməti də kriptovalyuta hasilatı müəssisələrinin enerji təchizatını məhdudlaşdıran qanun dərc edib.

Bu xəbərlər fonunda ən bahalı kriptovalyuta olan Bitkoin 12% ucuzlaşaraq 42 min dollaradək geriləyib. Ucuzlaşma bütün aparıcı rəqəmsal pul vahidlərinin qiymətlərində özünü göstərib.

Mənbə: “Haber Global”

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri