27 
Sen
2021
18:28
83
67
1342
Virtual karabakh

Krit adasında güclü zəlzələ qeydə alınıb

27 Sen, 2021
18:28
1342

Krit adasında güclü zəlzələ qeydə alınıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün səhər saatlarında Egey dənizi sahillərində 5,7 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin nəzdindəki Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) bildirilib.

Zəlzələnin episentrinin 9,62 kilometr dərinlikdə olduğu müəyyən edilib.

Afina Geodinamika İnstitutunun verdiyi açıqlamada episentri Kritin cənubundakı Arvis bölgəsində qeydə alınmış 5,8 bal gücündə olan zəlzələnin bütün adada hiss edildiyi bildirilib.

Tələfatla bağlı məlumat verilmir.

Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi zəlzələnin gücünün 6,5 bal olduğunu açıqlayıb.

Mənbə: “Anadolu” agentliyi

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri