25 
Noy
2014
19:00
89
25
14943
Virtual karabakh

Ən etibarlı və etibarsız avtomobillər - REYTİNQ

Almanlar 8,5 milyona yaxın test keçiriblər.

Almaniyada TÜV, Dekra və GTÜ ekspertləri etibarlılığa görə avtomobillərin reytinqini açıqlayıblar.

Oxu.Az xəbər verir ki, almanlar 8,5 milyona yaxın test keçiriblər, bu testlərdə 226 müxtəlif istifadə edilmiş avtomobil qiymətləndirilib. Ən etibarlı isə alman və yapon istehsalı olan avtomobillər, ən etibarsız isə fransız avtomobilləri oldu.

Almanlar fransız avtomobillərini ən etibarsız avtomobil adlandırdılar.

Ekspert dəyərləndirməsinin ümumiləşdirilmiş nəticələrinə görə alman mütəxəssislərinin müəyyən etdiyi reytinqin ilk beşliyində iki “Mercedes”: üçüncü nəsil SLK kabrioleti və yüksəkkeçimli GLK, üçüncü yerdə “Audi A1”, sonra isə “Mazda 2” və “Toyota Prius” durur.  

Qırılmalara ən çox məruz qalan isə fransız avtomobil istehsalatının avtomobilləri hesab edilib. Ən böyük çatışmazlıqlar isə Renault Logan, Sandero, Megane və Laguna avtomobillərində qeydə alınıb. Bundan başqa almanlar Citroën C5 və gözlənilmədən BMW 5 Series (2003 ildən 2007-ci ilə qədər buraxılan E60 versiyası) haqqında da qənaətbəxş fikirdə olmayıblar.

E.Ə.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri