Okt
2021
02:00
299
93
1824
Virtual karabakh

ABŞ hərbçiləri arasında intihar halları artıb

3 Okt, 2021
02:00
1824

ABŞ hərbçiləri arasında intihar halları artıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ hərbçiləri arasında intiharların sayı artıb.

ABŞ Müdafiə Nazirliyinin illik hesabatında qeyd edilir ki, 2020-ci ildə 580 nəfər intihar edib.

Sənədə əsasən, keçən il aktiv hissələrdə 384, o cümlədən Quru qoşunlarında 175, Hərbi Hava Qüvvələrində 81, Hərbi Dəniz Qüvvələrində 66 və Dəniz piyadaları 62, Milli Qvardiya döyüşçüləri və ehtiyatda olan hərbçilər arasında 196 nəfər intihar edib.

“Göstəricilərin istənilən istiqamətdə dəyişmədiyini qəbul edirik və ordunun bütün sahələrində intiharların sayını azaltmaq üçün çalışmaq niyyətimizi bir daha təsdiq edirik”, - deyə hesabatda bildirilir.

Əvvəlki oxşar sənədlərdən belə nəticə çıxır ki, 2018 -ci ildə 541, 2019 -cu ildə 498 amerikalı hərbçi intihar edib.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri