Okt
2021
23:57
99
1145
22292
Virtual karabakh

Saakaşvili aclıq aksiyasına başladığını elan edib - YENİLƏNİB + VİDEO

1 Okt, 2021
23:57
22292

Saakaşvili aclıq aksiyasına başladığını elan edib - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gürcüstanın sabiq prezident Mixail Saakaşvili saxlanıldığı təcridxanada aclıq aksiyasına başlayıb.

Bu barədə Mixail Saakaşviliyə təcridxanada baş çəkən Gürcüstan ombudsmanı Nino Lomcariya məlumat yayıb.

Ombudsman həmçinin bildirib ki, M. Saakaşvili Ukrayna konsulu ilə görüş tələb edir.

“Mən içəri daxil olanda o, (Mixail Saakaşvilini nəzərdə tutur – red) tibbi müayinədən keçirdi. Sonra bizə kamerada danışmaq imkanı verildi”, - deyə Gürcüstan ombudsmanı fikrini tamamlayıb.

Mənbə: “Sputnik” Gürcüstan

21:15

Gürcüstan mətbuatı ölkənin xüsusi xidmət orqanları tərəfindən saxlanılaraq təcridxanaya gətirilən Mixail Saakaşvilinin görüntülərini yayımlayıb.

Qeyd edək ki, bir müddət əvvəl Gürcüstanda saxlanılan Mixail Saakaşvilinin Tiflisdəki təcridxanada saxlanıldığı iddia edilir.

20:53

Saakaşvilinin tərəfdarları siyasətçinin saxlanıldığı təcridxananın qarşısına toplaşır.

Bir neçə saat əvvəl Gürcüstanda saxlanılan Mixail Saakaşvilinin Tiflisdəki təcridxanada saxlanıldığı iddia edilir.

Mənbə yazır ki, bu dəqiqələrdə M. Saakaşvilinin tərəfdarları siyasətçinin saxlanıldığı “Matrosovski təcridxana”nın  qarşısına toplaşırlar.

Mənbə: İptv.ge

20:13

Batumi şəhərində olduğu iddia edilən Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili saxlanılıb.

Bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili xüsusi birifinqdə məlumat verib.

Baş nazir bildirib ki, Gürcüstanın hüquq-mühafizə orqanları sabiq prezidentin hərəkəti barədə öncədən məlumatlı olub və bu proses tam nəzarətdə saxlanılıb.

İ. Qaribaşvili Gürcüstanın daxili işlər nazirinin və Gürcüstanın dövlət təhlükəsizliyi xidmətinin rəhbərlərinə minnətdarlığını ifadə edib.

Mənbə: “Ekhokavkaza”

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri