Okt
2021
02:30
118
25
3181
Virtual karabakh

Dünyada təbiət üçün ilk təhlükəsiz qəbiristanlıq açılıb

Belçikanın Drongen şəhərində dünyanın təbiət üçün ilk təhlükəsiz qəbiristanlığı açılıb.

Bura yalnız ekoloji cəhətdən təmiz dəfnlər üçün nəzərdə tutulub: məzar daşları olmadan tamamilə bioloji olaraq parçalanan tabutlar.

Ərazidə qəbirlər arasında asfaltlanmış yollar və sərhədlər yoxdur, yalnız taxta skamyalar və lövhələr var. Mərhumun xatirəsini yad etmək üçün qohumlar və ya dostlar ərazidə olan albalı ağaclarından birinə onun adı yazılmış bir quş yuvası asa bilərlər.

Yeni qəbiristanlıqdakı yerlər satılmır, onlar 25 il müddətinə kirayəyə götürülə bilər - layihənin yaradıcılarının hesablamalarına görə, bu müddət ərzində insan bədəni tamamilə təbiətlə birləşəcək.

Mənbə: “Yevropuls”

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri