12 
Okt
2021
17:48
285
15
3393
Virtual karabakh

Serjikin Baden-Baden macəraları başına “iş açdı”

12 Okt, 2021
17:48
3393

Serjikin Baden-Baden macəraları başına “iş açdı”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistanın Xüsusi İstintaq Komitəsi eks-prezident Serjik Sarkisyanın Baden-Badenə səyahətləri barədə iş qaldırıb.

Qeyd olunur ki, 2008-2017-ci illərdə prezidentin təyyarəsi heç bir işgüzar zərurət olmadan bir sıra reyslər həyata keçirib.

Oktyabrın 8-də Xüsusi İstintaq Komitəsinə iş qaldırılması üçün Ermənistanın Baş Prokurorluğundan müvafiq materiallar göndərilib.

“Materialların hazırlanması zamanı təyyarənin Almaniyanın Karlsrue hava limanına bir neçə dəfə səfər etdiyi məlum olub. Buradan Baden-Baden şəhərinə səfər edilib. Bir sıra hallarda reyslər qəbul edilmiş qaydaların pozulması – prezident aparatından heç bir yazılı bəyanat verilmədən təşkil olunub”, - deyə qurumdan bildirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərindən sui-istifadə maddəsi ilə cinayət işi başladılıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri