17 
Okt
2021
00:17
27
616
3175
Virtual karabakh

Quram Macaraşvili: “Əhali Saakaşvilinin azadlığını istəmir” - VİDEO

17 Okt, 2021
00:17
3175

Quram Macaraşvili: “Əhali Saakaşvilinin azadlığını istəmir” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son günlər Gürcüstanda Mixail Saakaşvilinin azadlığa buraxılması tələbi ilə etiraz aksiyaları keçirilir.

Lakin hakim “Gürcü Arzusu” partiyasının deputatları isə Gürcüstanın üçüncü prezidentinin azadlığa buraxılmasını cəmiyyətin istəmədiyini və bunun yalnız müxalifət partiyasının fəallarının tələbi olduğunu bildirirlər.

“Biz ədalətli ölkədə yaşayırıq. Gürcüstan cəmiyyətinin mütləq əksəriyyəti məhkəmə qərarının yerinə yetirilməsinin tərəfdarıdır. Mixail Saakaşvili haqqında beynəlxalq məhkəmə qərarı da var ki, orada da Saakaşvilinin cinayətkar sİstem qurması təsdiq edilib. Əhalinin onun azadlığa buraxılması ilə bağlı tələbi yoxdur və bu iddialar tamamilə yalandır”, - deyə Gürcüstan parlamentinin üzvü Quram Macaraşvili vurğulayıb.

Quram Macaraşvili əlavə edib ki, heç bir aksiya məhkəmənin qərarını dəyişdirə bilməz və belə olarsa ədalətli dövlət prinsipi də, demokratiya da pozulmuş olar: “Hər kəs aksiya keçirməkdə azaddır, ancaq bu məhkəmənin qərarını dəyişməyəcək”.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri