17 
Okt
2021
14:38
379
28
5431
Virtual karabakh

Ərdoğan ABŞ-dan yeni F-16-ların alınması məsələsinə aydınlıq gətirdi

17 Okt, 2021
14:38
5431

Ərdoğan ABŞ-dan yeni F-16-ların alınması məsələsinə aydınlıq gətirdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Afrika ölkələrinə səfər öncəsi hava limanında mətbuat konfransı keçirib.

Anqola, Toqo və Nigeriyanı ziyarət edəcək dövlət başçısı bir sıra maraqlı açıqlamaları ilə yadda qalıb.

Ərdoğan indiyədək 28 Afrika ölkəsinə 38 dəfə səfər etdiyini bəyan edib. O, qitə ölkələri ilə müdafiə və təhlükəsizlik sahəsində mühüm addımların atılacağını anons edib.

Türkiyə prezidenti, həmçinin ABŞ-da F-16 qırıcılarının yeni partiyasının alınması ilə bağlı dolaşan iddialara da aydınlıq gətirib. O, ölkəsinin yeni nəsil F-35 təyyarələri üçün ABŞ-a 1.4 milyard dollar ödədiyini və bunun müqabilində Türkiyənin beşinci nəsil qırıcıların hazırlanması proqramından kənarlaşdırılaraq, əvəzində ona yeni F-16 təyyarələrinin təklif olunduğu bildirib.

Mənbə: “Anadolu”

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri