18 
Okt
2021
13:24
148
106
1245
Virtual karabakh

Hindistanda təbii fəlakət qurbanlarının sayı artdı

18 Okt, 2021
13:24
1245

Hindistanda təbii fəlakət qurbanlarının sayı artdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən şənbə axşamından etibarən Hindistanın cənubunda güclü musson yağışlarının səbəb olduğu torpaq sürüşmələri və daşqınlar nəticəsində ölənlərin sayı 26 nəfərə çatıb.

Ölümlərin çoxu Hindistanın cənub-qərbindəki Kerala ştatında qeydə alınıb: 23 nəfər. Daha üç ölüm faktı isə cənubdakı Tamilnad ştatında olub.

Xilasetmə işlərinə hərbi helikopterlər, quru qoşunları və donanmalar da cəlb edilib.

Daha iki nəfərin itkin düşdüyü bildirilir.

Hindistan Meteorologiya Departamenti yağışların bu həftənin ortalarından etibarən azalmağa başlayacağını gözləyir.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri