19 
Okt
2021
04:30
101
45
2965
Virtual karabakh

İspaniyada qəribə məkan: “Gəlin və ağlayın”

19 Okt, 2021
04:30
2965

İspaniyada qəribə məkan: “Gəlin və ağlayın”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İspaniyada psixi sağlamlığın əhəmiyyətinə diqqət çəkmək üçün maraqlı metoddan istifadə edilib. Paytaxt Madriddə özəl bir klinika -“ağlama evi” açılıb.

Məqsəd psixoloqa getməyin normal bir şey olduğunu göstərməkdir.

Solğun rəngli işıqlarla bəzədilmiş ağlama evinin divarlarına psixoloqların telefon nömrələri asılıb.

“Gəlin və ağlayın”, “Mənim də narahatlığım var”, “Pis hiss etmək də yaxşıdır”, “Ağlayan cəsarətlidir” kimi mesajlar yazılıb.

İspaniya hökumətinin məlumatlarına görə, ölkədə hər 10 gəncdən birinin psixi sağlamlıq problemi var. Əhalinin təxminən 6 faizi isə narahatlıqla bağlı problemlərlə üzləşir.

Mənbə: “TRT Haber”

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri