19 
Okt
2021
02:30
38
161
5779
Virtual karabakh

Koronavirusun ən çox yayıldığı ölkədə sərt karantin elan edildi

19 Okt, 2021
02:30
5779

Koronavirusun ən çox yayıldığı ölkədə sərt karantin elan edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əhali nisbətinə görə koronavirusun ən geniş yayıldığı ölkə Latviyadır.

Bu barədə ABŞ-ın Con Hopkins Universiteti məlumat yayıb.

Məlumata görə, ölkə əhalisinin hər milyon nəfərinə həftə ərzində orta hesabla 7679,97 yeni yoluxma faktı düşür.

Analoji göstərici üzrə Barbados (7125,28) ikinci, qonşu Gürcüstan isə üçüncü (7106,18) yerdə qərarlaşıb.

Qeyd edək ki, məlumatın açıqlanmasından sonra Latviyanın baş naziri Krişyanis Karinş ölkədə dörd həftəlik sərt qapanmaya gediləcəyini elan edib.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri