19 
Okt
2021
00:13
147
20
1566
Virtual karabakh

Çexiya prezidenti vəzifəsindən kənarlaşdırıla bilər

19 Okt, 2021
00:13
1566

Çexiya prezidenti vəzifəsindən kənarlaşdırıla bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çexiyanın Mərkəzi Hərbi Hospitalının həkimləri ölkə prezidenti Miloş Zemanın fəaliyyət qabiliyyətini itirmiş şəxs olması barədə rəy veriblər.

Bunu ölkə Senatının rəhbəri Miloş Vıstrçil bəyan edib.

O, bildirib ki, belə olan halda oktyabrın 19-da Çexiya parlamenti 77 yaşlı prezidentin ağır xəstəlik səbəbindən vəzifəsindən kənarlaşdırılması məsələsinə baxacaq.

Müsbət qərar qəbul ediləcəyi təqdirdə dövlət başçısının səlahiyyətləri Baş nazir Andrey Babiş, həmçinin parlamentin hər iki palatasının rəhbərləri arasında bölünəcək.

Qeyd edək ki, Çexiya prezidenti Miloş Zeman oktyabrın 10-da, ölkədə keçirilmiş parlament seçkilərinin ertəsi günü ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. O, yeni hökuməti formalaşdıracaq Baş naziri təsdiq üçün parlamentə təqdim edə bilməyib. Məhz bu səbəbdən, hazırki hökumət başçısı Babiş qeyri-müəyyən müddətə öz səlahiyytlərini icra etməyə davam edəcək.

Mənbə: currenttime.tv

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri