Dek
2014
12:49
138
12
5999
Virtual karabakh

Ukraynada həlak olan azərbaycanlı zabitə Milli Qəhrəman adı verilə bilər

1 Dek, 2014
12:49
5999

Ukraynada həlak olan azərbaycanlı zabitə Milli Qəhrəman adı verilə bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İlqar Bağırov 1970-ci ildə Bakıda anadan olub.

Ukrayna Müdafiə Nazirliyinin xüsusi 11-ci batalyonunun azərbaycanlı komandir müavini, kapitan Bağırov İlqar Saleh oğluna Ukraynanın Milli Qəhrəmanı adının verilməsi təklif olunub.

Oxu.Az-ın məlumatına görə, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev APA-ya bildirib ki, separatçılarla döyüşdə qəhrəmancasına həlak olduğu üzə çıxan azərbaycanlı zabitə bu adın verilməsi üçün xidmət etdiyi batalyon, o cümlədən Ukrayna Millətlər Assambleyası tərəfindən Ukrayna Prezident Administrasiyasına və Müdafiə Nazirliyinə müraciət olunub.

Müdafiə Nazirliyi müraciəti müsbət qarşılayıb, məsələyə baxılacağı bildirilib.

1970-ci il mayın 12-də Bakıda anadan olan İ.Bağırov 1987-ci ildə Xarkov Ali Hərbi Aviasiya məktəbinə daxil olub.

Ukrayna Silahlı Qüvvələrində hərbi xidmət keçən İ. Bağırov ölkənin şərqində döyüşlər başlayan gündən Müdafiə Nazirliyinin nəzdində yaradılan 11 batalyona kəşfiyyat üzrə komandir müavini təyin edilib. Sentyabrın sonlarında Luqansk vilayətinin Debaltsevo şəhərində gedən qızğın döyüşlər zamanı onun rəhbərlik etdiyi kəşfiyyat qrupu mühasirəyə düşüb.

Qarşı tərəfi xeyli itkiyə uğratdıqdan sonra İlqar mühasirədən çıxmayacağını görüb, əl qumabarası ilə özünü partladıb.

Naməlum şəxslər tərəfindən meyiti tapılaraq elə həmin yerdə dəfn olunub. Ötən həftə isə Ukrayna Ordusu onun meyitinin yerini öyrənib, həmin ərazidən çıxararaq İrpenə gətirib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri