19 
Okt
2021
21:43
474
29
2517
Virtual karabakh

Həkimlər Mixail Saakaşvilini xəstəxanaya yerləşdirməyi tövsiyə edib

19 Okt, 2021
21:43
2517

Həkimlər Mixail Saakaşvilini xəstəxanaya yerləşdirməyi tövsiyə edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gürcüstanda həbsdə saxlanılan keçmiş prezident Mixail Saakaşvilinin xəstəxanaya yerləşdirilməsi tövsiyə olunur.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ona baş çəkən həkimlərdən biri Zurab Pağava jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, siyasətçinin hazırkı vəziyyəti narahatlıq doğurmasa da, gələcək ağırlaşmaların qarşısını almaq üçün onun klinikaya yerləşdirilməsi məsləhət görülür: “Xəstəxanaya təcili yerləşdirilmə tələb olunmur. Lakin Mixail Saakaşvilinin sağlamlıq durumunun həkimlərin nəzarəti altında saxlanılması məsləhət görülür. Onun vəziyyətində yaxın saatlarda, günlərdə ciddi ağırlaşmalar yarana bilər”.

Qeyd edək ki, M.Saakaşvili oktyabrın 1-də Tbilisidə saxlanılıb. Rustavidə 12 saylı həbsxanada saxlanılan sabiq dövlət başçısı artıq 19-cu gündür aclıq aksiyası keçirir. Oktyabrın 13-də onun sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üçün müxtəlif profilli həkimlərdən ibarət qrup yaradılıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri