20 
Okt
2021
16:12
65
174
1197
Virtual karabakh

Aramsız yağışlar Hindistanda onlarla insanın həyatına son qoyub - VİDEO

20 Okt, 2021
16:12
1197

Aramsız yağışlar Hindistanda onlarla insanın həyatına son qoyub - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hindistanın şimalındakı Uttarakhand ştatında yağan aramsız yağışlar nəticəsində torpaq sürüşməsi və daşqınlar baş verib.

Hökumət qurumlarının məlumatına əsasən, 46 nəfər təbii fəlakətin qurbanı olub, 11 nəfər itkin düşüb.

Güclü yağışlar nəticəsində bir sıra yaşayış məntəqələri ilə əlaqə tam kəsilib.

Hindistanlı meteoroloqlar irəlidəki bir neçə gün ərzində güclü yağışların davam edəcəyini açıqlayıblar.

Yerli sakinlərə təhlükəsizlik qaydalarına riayət etmək, evlərini tərk etməmək tövsiyə edilib.

Mənbə: “RİA Novosti”

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri