21 
Okt
2021
10:52
104
36
2219
Virtual karabakh

Xəstəxanadan çıxan ABŞ-ın sabiq prezidenti səhhətindən danışdı – FOTO/VİDEO

21 Okt, 2021
10:52
2219

Xəstəxanadan çıxan ABŞ-ın sabiq prezidenti səhhətindən danışdı – FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın keçmiş prezidenti Bill Klinton xəstəxanadan çıxdıqdan sonra özünü yaxşı hiss etdiyini bildirib.

Bu barədə o, öz “Twitter” hesabında məlumat verib.

Keçmiş dövlət başçısının sözlərinə görə, evdə olduğu üçün çox xoşbəxtdir və payız havasından zövq alır.

“Sağalıram”, - deyə o, əlavə edib.

Qeyd edək ki, kadrlarda 75 yaşlı Klintonun arıqlasa da, gümrah görünməsi əks olunub.

Klinton hər kəsə bədənini dinləməyə və qayğı göstərməyə çağırıb.

“Hər birimiz həyatda və yaxın gələcəkdə əhəmiyyətli rol oynamalıyıq. Öz növbəmdə, əlimdən gəldiyi qədər burada qalmağa çalışacağam və bacardığım qədər yaxşılıqlara davam edəcəyəm”, - deyə keçmiş prezident vurğulayıb.

Xatırladaq ki, Klinton oktyabrın 15-də xəstəxanaya yerləşdirilib. Ona qanın zəhərlənməsi ilə nəticələnən sidik yolu infeksiyası diaqnozu qoyulmuşdu.

Klinton 1993-2001-ci illərdə ABŞ-ın dövlət başçısı olub. O, Demokrat Partiyasından seçilmişdi.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri